Şirvanda maskalılar evə hücum etdilər

Şirvanda maskalılar evə hücum etdilər

10 Dekabr 2014 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

Şirvanda maskalı şəxslər evə hücum çəkib. Daxili İşlər Nazirliyi saytının məlumatına görə, dekabrın 9-da saat 02 radələrində Maya Mirzəyevanın yaşadığı evə qapını sındırmaq yolu ilə girən maskalı şəxslər onu və qızı Sevinci bıçaqla hədələyərək evdən qızıl əşyalar götürüb hadisə yerini tərk edib. Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən şəhər sakini İsrail Vəliyev tutulub.

Faktla bağlı araşdırılma aparılır. Cinayətin iştirakçısı olan digər şəxslərin də tutulması üçün tədbirləri davam etdirilir.

Mediainfo.az