Prokuror qatil qayınataya cəza istəyib

Prokuror qatil qayınataya cəza istəyib

10 Dekabr 2014 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kürəkənini öldürməkdə təqsirli bilinən Elçin Lazımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib. Daha sonra dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses dekabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, E. Lazımov münaqişə zəminində kürəkəni Rəvan Əliyevi bıçaqlayaraq qətlə yetirib.

E. Lazımov "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı olub.

Mediainfo.az