"NİDA"çıların appelyasiya məhkəməsi başlayacaq

"NİDA"çıların appelyasiya məhkəməsi başlayacaq

10 Dekabr 2014 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

Nida" Vətəndaş Hərəkatının həbsdə olan üzvləri ilə bağlı verilmiş apellyasiya şikayətinə baxılma vaxtı məlum olub.

Apellyasiya şikayətinə dekabrın 16-da baxılacaq. Prosesə hakim Həsən Əhmədov sədrlik edəcək.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclası zamanı təqsirləndirilən şəxslərin vəkilləri prosesin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etmədiyindən həmin iclasın qərarından Ali Məhkəməyə şikayət edilib. Ali Məhkəmə isə kassasiya şikayətini təmin etməyərək işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

B. Quliyev və Ş. Novruzlu prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Mediainfo.az