Maliyyə İqtisad Kollecinin tələbəsi bıçaqlanıb

Maliyyə İqtisad Kollecinin tələbəsi bıçaqlanıb

10 Dekabr 2014 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Xətai rayonunun Nadir Əhmədov küçəsi - 26 ünvanında yerləşən 64 saylı orta məktəbin həyətində cinayət hadiəsi baş verib.

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Şahin Əliyəddin oğlu Əliyev aralarında yaranan münaqişə zəminində həmyerlisi, 18 yaşlı Elmar İmran oğlu Novruzovu bıçaqlayıb. E. Novruzov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Ş. Əliyev tutulub. Polisdən E. Novruzovun Azərbaycan Maliyyə İqtisad Kollecinin tələbəsi olduğu bildirilib.

Mediainfo.az