Moskvada erməni banda ifşa edildi

Moskvada erməni banda ifşa edildi

9 Dekabr 2014 16:59
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada bankomat qarət edən bir dəstə erməni yaxalanıb.

Avropa.info xəbər verir ki, bu səhər cinayət axtarışı şöbəsinin əməkdaşları Moskvanın Yenisey küçəsində bankomatı oğurlamağa çalışan 6 nəfər kişini saxlayıblar.

Hadisə zamanı müəyyən edilib ki, qarətçilər "Porsche Cayenne", "BMW X5" markalı avtomobillərdə gətirdikləri lom və kuvalda çəkiclərlə aparatı sökməyə çalışıblar. Bankomat aparatında 2,8 milyon rubl pul olub.

Cinayətkarlardan biri "BMW" ilə qaçmağa çalışsa da, maşını mikroavtobusa çırparaq dayanıb.

Cinayətkarların etnik kimliyini müəyyən edəndə qrupun 4 üzvü Ermənistan vətəndaşı çıxıb. Ermənilərdən əlavə bandada bir çeçen və rus olub. Onların hamısı Moskva ərazisində bankomatların qarət olunmasında şübhəli bilinir.

Mediainfo.az