Qadınların qənimi olan “kişi”

Qadınların qənimi olan “kişi”

9 Dekabr 2014 16:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Səbail rayonunda oğurluq hadisələri törədən şəxs həbs edilib.

Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahlar Şahbazov tutulub. O, oktyabrın 15-də Gülnar Əzizovanın mobil telefonunu oğurlamaqda təqsirli bilinir.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri S.Abdullayevanın və A.Sultanovanın çantalarından, R.Ələsgərovun, S.Babayevanın, B.İlyasovanın, C.Rüstəmovun, R.Aslanovun, B.Hüseynovun, R.Rəsulovun mənzillərindən, A.İmanovun və İmran Şahıyevin cibindən pul, qızıl əşyalar və mobil telefon oğurlaması da müəyyən edilib.

Mediainfo.az