Bacanağını bıçaqlayan cəlilabadlı

Bacanağını bıçaqlayan cəlilabadlı

9 Dekabr 2014 15:57
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Astara şəhərində bıçaqlanma hadisəsi baş verib. Apa -nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 23.00 radələrində şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Cəlilabad şəhər sakini Əfsər İsayev şəxsi münaqişə zəminində bacanağı Ehtiram Hüseynova bıçaqla ağır bədən xəsarəti yetirib. Döş qəfəsindən yaralanmış E .Hüseynov yaxınları tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törətmiş Əfsər İsayev isə saxlanılaraq istintaq orqanlarına təhvil verilib. İlkin versiya kimi hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az