Ata qatilinin məhkəməsi başlayıb

Ata qatilinin məhkəməsi başlayıb

9 Dekabr 2014 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Şamil Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məlumata görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası isə dekabrın 11-ə təyin edilib.

Qeyd edək ki, bu il mayın 10-da 1997-ci il təvəllüdlü Şamil Rzayev yaşadığı evdə münaqişə zəminində atası Qalib Rzayevi balta ilə vuraraq qətlə yetirib.

Mediainfo.az