Polis qatilinə 15 il cəza verildi

Polis qatilinə 15 il cəza verildi

9 Dekabr 2014 15:21
372
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polisi öldürməkdə təqsirli bilinən Rafiq Nurmətov və silah saxlamaqda təqsirləndirilən Natiq Orucovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hadisə 2004-cü ilin avqustun 4-də baş verib. Naməlum şəxslər Babək prospekti xidmət aparan Nizami rayon mühafizə polis nəfəri Asif Həmidov qətlə yetirilib və ona məxsus xidməti tabel silahı götürülüb. Bu il may ayın 24-də həmin cinayəti törədən dəfələrlə məhkum olmuş Rafiq Nurmətovu tutub.

O polis nəfəri öldürdükdən sonra ona məxsus "Makarov" tipli tapançanı Xətai rayon,Əhmədli qəsəbəsində yaşayan Natiq Orucova 600 dollara satıb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rafiq Nurmətov 15 il, Natiq Orucov isə 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Mediainfo.az