Məşhur reper arvadını öldürüb intihar etdi

Məşhur reper arvadını öldürüb intihar etdi

9 Dekabr 2014 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikanın tanınmış reperi Earl Hayes rəqqasə və aktrisa həyat yoldaşı Stephanie Moseleyi qətlə yetirib.

Mediainfo.az xarici mətbuata istinadən xəbər verir ki, həyat yoldaşının məşhur bir müğənni ilə münasibəti olduğundan şübhələnən reper Moseleyi öldürdükdən sonra intihar edib.

Hayes bu anları telefonundan canlı olaraq boks çempionu, dostu Floyd Mayweather Jra izlədib.

Saat 07:30 radələrində hadisə yerinə gedən Los Anceles polisi evdə cütlüyün cəsədini tapıblar. Qonşular hadisə əsnasında qadın qışqırığı və silah səsi eşitdiklərini bildiriblər.