Qətllə nəticələnən münaqişə

Qətllə nəticələnən münaqişə

9 Dekabr 2014 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhər sakinini qətlə yetirmiş şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 8-də Sumqayıt şəhərindəki 41-ci məhəllədə şəhər sakini Vüsal Xəlilov münaqişə zəminində həmyerlisi Toğrul Aslanova bıçaqla xəsarət yetirib. Nəticədə T.Aslanov hadisə yerində ölüb.

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Xəlilov tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az