Teleaparıcı İlham Mirzəyev Ali Məhkəməyə müraciət edib

Teleaparıcı İlham Mirzəyev Ali Məhkəməyə müraciət edib

9 Dekabr 2014 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

Hakim Faiq Qasımovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin vəkilləri çıxış edərək ilkin baxış iclasının qərarından kassasiya şikayəti verdiklərini deyiblər. Bunun üçün də məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, ilkin baxış iclası zamanı vəkillər işə xitam verilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Bunun üçün vəkillər həmin iclasın qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Ali Məhkəmə şikayətə baxdıqdan sonra Bakı Apellyasiya Məhkəməsində proses davam etdiriləcək.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Mediainfo.az