
Ağcabədidə qonşular arasında qırğın düşüb: ölən və yaralanan var
Ağcabədi rayonunun Aşağı Afşar kənd sakini 1964-cü il təvəllüdlü Rüstəmov Mehman Əkbər oğlu ilə həmkəndlisi 1979-cu il təvəllüdlü Məhərrəmov Fikrət Məmməd oğlu arasında mübahisə yaranıb. Nəticədə F. Məhərrəmov qonşusunu və onun həyat yoldaşı 1973-cü il təvəllüdlü Rüstəmova Təranə Şəmsəddin qızını bıçaqlayıb. M. Rüstəmov hadisə yerində dünyasını dəyişib. Qadın isə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən F. Məhərrəmov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi açılıb.
Mediainfo.az
Digər xəbərlər