Qubada 24 yaşlı oğlanı bıçaqlayan şəxs axtarışdadır

Qubada 24 yaşlı oğlanı bıçaqlayan şəxs axtarışdadır

9 Dekabr 2014 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayon sakini, 1990-cı il təvəllüdlü Ağayev Fərid Elşən oğlu müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Tibb müəssisəsində ona döş qəfəsinin ön divarının aşağı hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda F.Ağayevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə ilə bağlı saxlanılan yoxdur. Faktla bağlı araşdırmalar davam etdirilir.

Mediainfo.az