Tovuzun Qovlar qəsəbəsində partlayış baş verib

Tovuzun Qovlar qəsəbəsində partlayış baş verib

9 Dekabr 2014 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Tovuzun Qovlar qəsəbəsində partlayış baş verib.

Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Allahverdiyev Rasim Şəmistan oğlu yaşadığı evdə qaz sobasını yandırmaq istəyərkən partlayış olub. Xəsarət alan R. Allahverdiyev 2-3-cü dərəcəli texniki yanıq və yanıq şoku diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onun vəziyyətinin orta-ağır olduğu bildirilib.

Mediainfo.az