Köngül kişi intihar edib

Köngül kişi intihar edib

9 Dekabr 2014 09:57
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatala rayonunun Yengiyan kənd sakini, 1957-ci il təvəllüdlü, Köngül Seyfullah oğlu Köngülovun meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsində tikilmiş mal tövləsindən asılı vəziyyətdə aşkar olunub.

Məlumatda bildirilir ki, 57 yaşlı Köngül Köngülov son zamanlar əsəb xəstəliyindən əziyyət çəkirdi. Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Mediainfo.az