Əmisi qızını bıçaqladı

Əmisi qızını bıçaqladı

8 Dekabr 2014 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, rayon ərazisindən Biləsuvar rayon sakini Əminə Hüseynova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Əminə Hüseynovanın qohumu - həmyerlisi, əvvəllər məhkum olunmuş Alim Hüseynov tərəfindən törədilməsi müəyyən edilib. Əminə Hüseynova rayon ərazisində kirayə yaşayırmış. Alim Hüseynov Əminənin əmisi oğlu olduğu bildirilir.

Alim Hüseynovun tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Mediainfo.az