19 yaşlı qız oğlana qarşı dələduzluq edib

19 yaşlı qız oğlana qarşı dələduzluq edib

8 Dekabr 2014 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Sabunçu rayonunda dələduzluq edən 19 yaşlı qız həbs edilib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini,1995-ci il təvəllüdlü Əfsanə Ağayeva tutulub.

Əfsanə Ağayeva bu il oktyabrın 17-də Bakıxanov qəsəbəsində Ordubad rayon sakini Səbuhi Sadıqovun mobil telefonunu dələduzluq yolu ilə mənimsəyib. Belə ki, o, zəng etmək adı ilə Səbuhi Sadıqovdan telefonunu istəyib. Səbuhi də mobil telefonunu ona verib. Səbuhini gözdən yayındıran Əfsanə aradan çıxıb. Bir qədər qızı axtaran Səbuhi Sadıqov polisə şikayət edib.

Mediainfo.az