Ev basqınçılarından biri tutuldu

Ev basqınçılarından biri tutuldu

8 Dekabr 2014 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Baləkəndə Gürcüstan vətəndaşı olan biznesmənin evindən oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, Balakən şəhərində yaşayan Gürcüstan vətəndaşı Habil Xəlilovun evinə nəfəslikdən girmiş şəxsiyyəti məlum olmayan 3 nəfər tapança və elektroşok ilə hədələyərək pul və qızıl əşyaları tələb etmiş, səs-küy yarandığından hadisə yerini tərk ediblər.

Balakən rayon polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Gürcüstan vətəndaşı Ceyhun Bayramov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az