Bərdədə yandırılan polisin yeni videosu yayılıb! - VİDEO

Bərdədə yandırılan polisin yeni videosu yayılıb! - VİDEO

8 Dekabr 2014 11:39
594
Bəyəndim (0) Bəyənmədim (0)
Ürəyi zəif olanlar baxmasın!

Bərdədə yandırılan yol polisinin yeni videosu yayılıb.

Hadisə şahidlərindən Emin Rəhimli yeni görüntünü ANS PRESS-ə göndərib.

Qeyd edək ki, dekabrın 2-də saat 19:30 radələrində Bərdə şəhər sakini Cəfərov Elçin Ələsgər oğlu sərxoş vəziyyətdə idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yol hərəkət qaydasını pozaraq işıqforun qadağanedici qırmızı işığında nəqliyyat vasitəsini idarə etdiyinə görə Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin Yol Patrul Xidməti inspektoru Aqil Quliyev tərəfindən saxlanılarkən avtomobili orada qoyub uzaqlaşıb. E.Cəfərov təxminən 10 dəqiqədən sonra həmin yerə qayıdaraq ondan sənədlərini təqdim etməsini və sərxoşluq müayinəsindən keçməsini tələb edən A.Quliyevin üstünə özü ilə plastmas qabda gətirdiyi benzin yanacağını töküb alışqanla yandıraraq sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək müqavimət göstərib.

Mediainfo.az