İki mənzildə baş vermiş yanğın FHN əməkdaşları tərəfindən söndürülüb

İki mənzildə baş vermiş yanğın FHN əməkdaşları tərəfindən söndürülüb

8 Dekabr 2014 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 87 kv.m olan 2 otaqlı mənzildə 20 kv.m sahədə əşyalar yanıb. Mənzil yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Səbail rayonunda isə ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 2 otağlı mənzilin 1 otağında tüstü bacasının ətrafı 2 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mediainfo.az