Moskvada dəhşət: Bir ailənin dörd üzvü evdə qətlə yetirilib

Moskvada dəhşət: Bir ailənin dörd üzvü evdə qətlə yetirilib

5 Dekabr 2014 19:08
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya paytaxtında dəhşətli cinayət hadisəsi baş verib

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın cənub hissəsində, Naqatinsky küçəsi, 13 ünvanında yerləşən mənzildən 4 nəfərin üzərində zorakılıq əlamətləri olan cəsədləri tapılıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qətlə yetirilən şəxslər bir ailənin üzvləri olublar. Bunlar yaşlı ər-arvad, onların oğlu və gəlinidir.

Cəsədlərin üzərində kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.

Qətlin kim və ya kimlər tərəfindən, hansı səbəbdən törədildiyi bilinmir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az