Kürdəmirdə 16 yaşlı qız qülləyə çıxaraq intihar etmək istəyib!

Kürdəmirdə 16 yaşlı qız qülləyə çıxaraq intihar etmək istəyib!

5 Dekabr 2014 13:02
Bəyəndim (0) Bəyənmədim (0)
Aynur ikinci dəfə ailə qurmuş anası ilə yaşamaq istəməyib

Bu gün 11:00 radələrində Kürdəmirin Soltan Şıxalıyev küçəsində Dəmiryol stansiyasının yaxınlığında intihara cəhd hadisəsi baş verib. Belə ki, şəhər sakini, 16 yaşlı Məhərrəmova Aynur Vüqar qızı hündür qülləyə çıxaraq intihar edəcəyini bildirib. Dərhal hadisə yerinə Kürdəmir Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. İntihar etmək istəyən şəxslə psixoloji söhbətlər aparılıb və o, fikrindən daşınıb.

A. Məhərrəmova intihara cəhd etməsini ailəsində yaranmış problemlə əlaqələndirib. Belə ki, A. Məhərrəmovanın atası dünyasını dəyişdikdən sonra anası ikinci dəfə ailə qurub. Qız isə nənəsi ilə yaşadığından ailədə söz-söhbət yaranıb, o da bu addımı atmağa qərar verib. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az