Çay evində 38700 AZN-i oğurlayan şəxs yaxalanıb

Çay evində 38700 AZN-i oğurlayan şəxs yaxalanıb

5 Dekabr 2014 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 4-də gecə saatlarında Süleyman Rəhimov küçəsində yerləşən çay evində Bakı şəhər sakini Əli Vəliyevə məxsus içərisində 38700 manat olan bağlamanı oğurlamaqda şübhəli bilinən, Ağdaş rayon sakinləri – 1992-ci il təvəllüdlü Mircavad Məsumi və 1990-cı il təvəllüdlü Cavid Yusifov tutulublar.

Mediainfo.az