ABŞ polisi daha bir qaradərilini qətlə yetirib

ABŞ polisi daha bir qaradərilini qətlə yetirib

5 Dekabr 2014 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Arizona ştatında polis zabiti yanlışlıqla 34 yaşlı Afrika mənşəli yerli vətəndaşı güllələyib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, mülki şəxs əlini döş cibinə atdıqda polis onun silah çıxaracağını zənn edərək atəş açıb. Halbuki, orada dərman var imiş. Hadisədən əvvəl polis həmin şəxsin narkotik alveri ilə məşğul olmasından şübhələnib və iki şəxs əlbəyaxa olublar.

Xatırladaq ki, ABŞ-ın bir çox şəhərində son vaxtlar etiraz aksiyaları keçirilir. Avqust ayında afroamerikalı gənc Maykl Braunu güllələyən Darren Uilson adlı polis məhkəmənin qərarı ilə həbsdən azad edildikdən sonra aksiyalar yeni vüsət alıb. Nyu-Yorkda qara dərili Erik Qarneri boğaraq öldürən polis Deniel Pantaleo haqda da anoloji qərar verilib. Buna etiraz olaraq Nyu-Yorkda minlərlə insan küçələrə çıxıb. Manhetten körpüsündə nəqliyyatın hərəkəti bir neçə dəfə dayandırılıb. Polis bəzi aksiya iştirakçılarını həbs edib. Vaşinqton, Boston, Çikaqo və Pittsburq şəhərlərində də aksiyalar keçirilib.

Mediainfo.az