Xaçmazda iki əmioğlu bıçaqlanıb

Xaçmazda iki əmioğlu bıçaqlanıb

5 Dekabr 2014 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz rayon sakinləri - 1977-ci il təvəllüdlü İsmayılov Ərəstun Mabud oğlu və onun əmisi oğlu İsmayılov Davud Əflatun oğlu bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Tibb müəssisəsindən verilən məlumata görə, hər iki şəxsin vəziyyəti stabildir.

İki əmi oğlunu bıçaqlayan şəxslərin kimliyi müəyyənləşdirilib. Həmin şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

Mediainfo.az