Sabirabadda dəhşət: maşınla çaya düşən müəllimin meyiti axtarılır!

Sabirabadda dəhşət: maşınla çaya düşən müəllimin meyiti axtarılır!

5 Dekabr 2014 09:56
Bəyəndim (0) Bəyənmədim (0)
Onunla bərabər olan 3-cü sinif şagirdini xilas etmək mümkün olub

Sabirabad rayonunda dəhşətli hadisə baş verib. Belə ki, Cavad kənd sakini, Sabirabad şəhər 4 saylı orta məktəbin müəllimi, 1957-ci il təvəllüdlü Hüseynov Əhliman Ağalar oğlu "VAZ 2107" markalı avtomobili ilə səhər saatlarında məktəbə gedərkən Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərindəki körpüdən çaya düşüb. Ə. Hüseynov boğularaq ölüb. Onun avtomobildə olan qohumu, 3-cü sinif şagirdi Hüseynova Güldəstə Fuad qızı isə sakinlər tərəfindən xilas edilib.

Hazırda avtomobilin və sürücünün meyitinin sudan çıxarılması üçün hadisə yerində FHN-in sularda xilasetmə xidmətinin dalğıcları işləyirlər.

Mediainfo.az