Gəncədə maskalılar evə basqın ediblər

Gəncədə maskalılar evə basqın ediblər

4 Dekabr 2014 19:07
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində maskalı şəxslər evə basqın ediblər. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, şəhərin Qəmərli küçəsində yaşayan, 1937-ci il təvəllüdlü Eldar Mədətov idarəyə müraciət edərək bildirib ki, 4 nəfər maskalı şəxs əllərində bıçaq hasardan aşaraq yaşadığı evə girib ona və həyat yoldaşına zor tətbiq edəcəkləri ilə hədələyərək ailələrinə məxsus 3 min manat, 200 ABŞ dolları və 3 min manat dəyərində qızıl zinət əşyaları aparıblar. Quldurluq hadisəsi törədənlərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Mediainfo.az