Qatilin məhkəməsi yekunlaşdı

Qatilin məhkəməsi yekunlaşdı

4 Dekabr 2014 17:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apelyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Minas Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ötən il, iyulun 19-da Nərimanov rayonu S.Quliyev küçəsində Bakı şəhər sakini Minas Əliyev Abşeron rayon sakini Rahib Şahbazova bıçaq xəsarətləri yetirib və o, aldığı xəsarətdən hadisə yerində ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Minas Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Baş Prokurorluq narazı qalıb. Prokurorluq onun cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin hökmdən zərərçəkmiş tərəf və təqsirləndirilən şəxs də apelyasiya şikayəti veriblər. Zərərçəkmiş tərəfin nümayəndəsi təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Minas Əliyev isə cəzasının yüngülləşdirilməsini xahiş edib.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, tərəflərin şikayəti təmin edilməyib.

Qeyd edək ki, Minas Əliyevin atası Vaqif Əliyev Surət Hüseynovun yaxın adamı olub.

Mediainfo.az