Sumqayıtda qadına qarşı quldurluq

Sumqayıtda qadına qarşı quldurluq

4 Dekabr 2014 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhərində quldurluq cinayəti baş verib.

Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin 40-cı məhəlləsində qeydə alınıb.

Naməlum şəxs Bakı şəhər sakini Zərifə İbrahimovaya zor tətbiq edərək içərisində 57 manatı və ərzaq məhsulu olan çantasını alıb. Cinayəti törədən şəxs hadisə yerini tərk edib.

4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Tərlan Qocayev tutulub. Əvvəllər məhkumluq həyatı yaşayan Tərlan Qocayev törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, zərərçəkənin marketdə bazarlıq etdiyini görüb. Əl çantasında pul olduğunu deyən şübhəli şəxs bildirib ki, həmin pulları ələ keçirmək üçün cinayətə əl atıb.

Faktla bağlı cinayət işi başlanıb.

Mediainfo.az