Narkotacir qardaşlara hökm oxundu

Narkotacir qardaşlara hökm oxundu

4 Dekabr 2014 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirmək istəyən Rufan və Lətif Məmmədov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Lətif Məmmədov 11 il, Rufan məmmədov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hər iki şəxs İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.1-ci, 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham ediliblər

Mediainfo.az