Qroznıda keçirilən xüsusi əməliyyat zamanı 7 polis əməkdaşı həlak olub, 18 nəfər yaralanıb

Qroznıda keçirilən xüsusi əməliyyat zamanı 7 polis əməkdaşı həlak olub, 18 nəfər yaralanıb

4 Dekabr 2014 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Qroznıda keçirilən xüsusi əməliyyat zamanı 7 polis əməkdaşı həlak olub, 18 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti"yə açıqlamasında Çeçenistan Respublikasının hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. "Mülki şəxslər arasında zərərçəkən olmayıb", - deyə mənbə bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında Qroznıda Mətbuat Evinin binasında gizlənən silahlı şəxslər zərərsizləşdirilib. Bu barədə Rusiya Milli Antiterror Komitəsinin yaydığı məlumatda bildirilib. Məlumata qeyd olunur ki, keçirilən xüsusi əməliyyat çərçivəsində 20 nömrəli şəhər məktəbində gizlənmiş silahlıların zərərsizləşdirilməsi istiqamətində əlavə tədbirlər görülüb.

Qeyd edək ki, gecə saatlarında Qroznıda 5 yol polisi əməkdaşı silahlı şəxslər tərəfindən öldürülüb. Polislər şübhəli avtomobili saxlamağa cəhd edərkən avtomobildə olan şəxslər atəş açıblar. Sonra silahlılar Mətbuat Evinin binasında gizləniblər. Silahlı şəxslərin yaydığı bəyanatdan məlum olur ki, onlara Doku Umarovun "sağ əli" olan Əmir Həmzət rəhbərlik edir. "Biz Əmir Həmzətin göstərişi ilə Cövhər şəhərinə daxil olmuşuq. Hazırda döyüşlər gedir, şəhərə çoxlu sayda mücahid girib. Biz mürtədlərin müsəlman qadınları, bizim bacılarımızı sıxışdırdığına görə qisas alırıq. Bu, intiqam əməliyyatıdır və biz sonadək döyüşəcəyik", - deyə bəyanatda vurğulanıb.

Mediainfo.az