26 yaşlı oğlan sevdiyi qıza görə özünü asıbmış

26 yaşlı oğlan sevdiyi qıza görə özünü asıbmış

4 Dekabr 2014 12:04
Bəyəndim (0) Bəyənmədim (0)
Hə iki tərəfin ailəsi cütlüyün qovuşmasına qarşı çıxınca...

Dekabrın 2-də Hövsan qəsəbəsində 26 yaşlı oğlanın özünü asaraq intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. İ lkin araşdırmalardan sonra intihar edən Cavid Əmirovun gərgin psixoloji sarsıntının təsiri altında bu əməli törətdiyi məlum olub.

Bildirilir ki, C.Əmirov hadisədən bir neçə gün əvvəl sevdiyi qızı qaçırıb. Qızın ailəsi bu izdivaca razı olmadığından onlar belə bir seçim ediblər və Cavid sevdiyi qızı ailəsinin yanına gətirib. Lakin gənc oğlanın ailəsi onun qız qaçırmasını qəbul etməyiblər və onların evlənməsinə qarşı çıxıblar. Bundan sonra qız atası evinə qayıdıb.

Baş verənlər C.Əmirovun depressiyaya düşməsinə səbəb olub və o, Hövsan qəsəbəsində yaşadığı nömrəsiz evin həyətində özünü asaraq intihar edib.

Mediainfo.az