Şirkət direktorunun qatilləri tutulub

Şirkət direktorunun qatilləri tutulub

3 Dekabr 2014 16:46
Bəyəndim (0) Bəyənmədim (0)

Qnlardan biri Azərbaycan vətəndaşıdır

Sankt-Peterburqda "Coca-Cola" şirkətinin yerli nümayəndəliyinin direktorunun ölümündə şübhəli bilinən şəxslər tutulub. Məlumata görə, onlar 46 yaşlı Vyaçeslav Finoqenov və Azərbaycan vətəndaşı, 28 yaşlı Denisa Çxitauridir.

Bildirilir ki, hadisə noyabrın 28-də baş verib. Belə ki, V.Finoqenov əldəqayırma silahla Dmitri Soşnevi güllələyib. Olay dəstə üzvlərinin iş adamı ilə görüşü zamanı baş verib. Qətldən sonra qatillər meyitin üstünü axtarıb və 150 min rubl (2400 manat) və "BMW" markalı avtomobilinin sənədlərini götürüblər.

Məlum olub ki, 37 yaşlı D.Soşnev narkotik vasitə aludəçisidir. Qətli törədənlər isə şirkətin dilerləridir. Hadisə isə tərəflər arasındakı hələlik dəqiqləşməmiş səbəbdən yaranmış mübahisə zəminində baş verib.

Mediainfo.az