Qadını soyan “kişi” həbs edildi

Qadını soyan “kişi” həbs edildi

3 Dekabr 2014 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nərimanov rayonunda soyğunçuluq hadisəsi törədən gənc həbs edilib. Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə noyabrın 26-da axşam saatlarında A. Nemətulla küçəsində baş verib. Nərimanov RPİ Təhlükəsiz Şəhər Xidməti, 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elnurə Sadıqovanın içərisində 530 manat, bank və tibbi müayinə kartları olan pul kisəsini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Elton Ağaballı tutulub.

Saxlanılan şəxs ətrafında araşdırmalar davam etdirilir.

Mediainfo.az