Quba polisinin bacısını oğurlamaq istəyənlərin məhkəməsi dekabrın 12-nə qaldı

Quba polisinin bacısını oğurlamaq istəyənlərin məhkəməsi dekabrın 12-nə qaldı

3 Dekabr 2014 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq odlu silah saxlamaqda təqsirləndirilən Quba rayon sakinləri Vəfanur Məmmədov, onun qardaşı Vəfadar Məmmədov və Nizami Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər. Məhkəmə dekabrın 12-də davam etdiriləcək. Həmin gün təqsirləndirilən şəxslər son sözlə çıxış edəcəklər.

Qeyd edək ki, hər 3 şəxs Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat zamanı saxlanılıb. Qanunsuz olaraq silah saxlama, gəzdirmə və Qubanın Nügədi kənd sakini Mərziyyə Osmanovanı oğurlamağa cəhddə ittiham olunurlar.

İttihama görə, Vəfadar Məmmədov Nizami Nəcəfov və Vəfanur Məmmədovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə Quba rayonu II Nügədi kənd sakini Osmanova Mərziyyə Atamoğlan qızının oğurlanmasını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən döyüş sursatları və partlayıcı maddələr əldə edib saxlamaqla adam oğurluğuna hazırlıq cinayəti törədiblər. Mərziyyə Osmanova Quba Rayon Polis Şöbəsinin əməkdaşının bacısıdır.

Mediainfo.az