28  iranlı məhbus İrana verilib

28 iranlı məhbus İrana verilib

2 Dekabr 2014 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Astara sərhəd-keçid məntəqəsində Azərbaycanda cəza çəkən 28 İran vətəndaşı cəzalarının qalan müddətini öz ölkələrində çəkmək üçün qarşı tərəfə veriliblər.

Bunu APA-ya İranın Azərbaycandakı səfirliyinin baş konsulu Nasir Vətən bildirib.

O qeyd edib ki, Azərbaycanla İran arasında razılaşmaya əsasən, bu gün 28 iranlı məhbus İrana verilib. Onun sözlərinə görə, daha 52 nəfərin yaxın zamanlarda İrana verilməsi gözlənilir: "Bu şəxslərin verilməsi barədə qərar 4 ay əvvəl verilmişdi, lakin bu gün gerçəkləşdirmək mümkün oldu. Onların hər birinin cəza müddətindən bir neçə ili qalıb, o müddətin qalanını da İranda çəkəcəklər. Ümumilikdə Azərbaycanın cəzaçəkmə müəssisələrində 130 İran vətəndaşı var. İranda isə 12 Azərbaycan vətəndaşı cəza çəkir ki, onların da Azərbaycana gətirilməsi üçün lazımi rəsmi işlər aparılır".

Mediainfo.az