Azərbaycanlı hərbçini Rusiyada qətlə yetiriblər

Azərbaycanlı hərbçini Rusiyada qətlə yetiriblər

1 Dekabr 2014 17:25
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ordusunda bir nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnmiş insident baş verib. Apa-nın Pskov informasiya agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Pskvoda yerləşən 76-cı desant-hücum diviziyasının 104-cü polkunda yaşanıb.

Məlum olub ki, burada xidmət edən hərbçilərdən biri münaqişə zəminində digərini öldürüb, daha iki nəfəri isə bıcaqla yaralayıb. İnsident iştirakçılarının hamısının həqiqi hərbi xidmətdə olduqları bildirilir.

Əsgər yoldaşını öldürən şəxsin hadisədən sonra rahar şəkildə yatmağa yollandığı söylənilir.

Məlumatı verən mənbələrdən biri bildirib ki, qətlə yetirilən əsgər milliyyətcə azərbaycanlıdır. O, Nijni Novqorod vilayətindən həqiqi hərbi xidmətə çağırılıb. Əsgərlər arasındakı münaqişənin milli zəmində baş verdiyi ehtimal edilsə də, 76-cı desant-hücum diviziyasının komandiri Aleksey Naumets bunu təkzib edib.

Mediainfo.az