Oğru qardaşlar tutuldu (FOTO)

Oğru qardaşlar tutuldu (FOTO)

1 Dekabr 2014 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

İki qardaş üst-üstə 27 il həbsdə yatıb

Bakıda silsilə oğurluqlar edən iki qardaş saxlanılıb. Bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Göyçay rayon sakinləri - 1976-cı il təvəllüdlü Cəfərov Fərhad Əzizağa oğlu və onun qardaşı, 1983-cü il təvəllüdlü Cəfərov Sədi Əzizağa oğlu həbs edilib. Araşdırma zamanı onların Xəzər rayonundakı həyət evlərindən məişət və digər qiymətli əşyalar oğurladıqları məlum olub. Saxlanılan şəxslər hələlik 5 evdən oğurluq etdiklərini etiraf ediblər. Lakin F.Cəfərov və S.Cəfərovun cinayətlərinin sayının artacağı da istisna olunmur.
Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.
Qeyd edək ki, qardaşlardan F.Cəfərov indiyə qədər oğurluq və quldurluq etdiyi üçün ömrünün 20 ilini həbsxanalarda keçirib. Digər qardaş S.Cəfərov isə oğurluq etdiyi üçün bir dəfə 7 il müddətinə azadlıqdan məhrum olunub. Qardaşlar ümumilikdə üst-üstə 27 il həbsdə olub.

Mediainfo.az