Həbsxanaya görüşə gəldi, özü həbs olundu

Həbsxanaya görüşə gəldi, özü həbs olundu

1 Dekabr 2014 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 17 saylı Cəzaçəkmə Müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Belə ki, cəza çəkən, Cinayət Məcəlləsinin 317-2.1 və 67.1 maddələrinə əsasən 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ərbab Sabir oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş dayısı oğlu Ramiq Yaqub oğlu Əliyevin görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman gödəkcəsinin cibindən daxilində danışıq kartı olmayan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Mediainfo.az