Qaxda toydan gələnlər qəzaya düşdülər - FOTO

Qaxda toydan gələnlər qəzaya düşdülər - FOTO

1 Dekabr 2014 09:07
Bəyəndim (0) Bəyənmədim (0)
İki qardaş dünyasını dəyişdi

Noyabrın 30-u axşam saat 22:00 radələrində, Qax-Qum avtomobil yolunda avtoqəza baş verib. 1958-ci il təvəllüdlü, Qax rayonunun Qum kənd sakini Fətəli İsrafil oğlu Hüseynov "VAZ 2103" markalı, 10 HG 547 dövlət nömrə nişanlı avtomobillə rayon mərkəzindən Qum kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı qoz ağacına çırpıb. Qəza nəticəsindən ağır bədən xəsarəti alan, sürücü Fətəli Hüseynov, onun həyat yoldaşı - 1960-cı il təvəllüdlü, Sevda Məmməd qızı Hüseynova və sürücünün qardaşı - 1945-ci il təvəllüdlü Tarix İsrafil oğlu Hüseynov Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. F.Hüseynov xəstəxanaya aparılarkən yolda, onun qardaşı 69 yaşlı Tarix Hüseynov isə xəstəxanaya çatdırıldıqdan bir qədər sonra dünyasını dəyişib.

Sevda Hüseynovanın vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Məlumata görə, qəzaya düşənlər rayon mərkəzindən qohumlarının toy mərasimindən kəndə qayıdırmışlar. Sürücünün içkili olduğu, avtomobili çox sürətlə idarə etməsi ehtimal olunur. Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

Mediainfo.az