Şəkidə bir gündə ik iyaşlı adam intihar edib

Şəkidə bir gündə ik iyaşlı adam intihar edib

1 Dekabr 2014 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Şəkinin Orta Zəyzit kənd sakini Minayə Lətif qızı Mahmudova (1935-ci il təvəllüdlü) özünü yaşadığı evin həyətyanı sahəsindəki tut ağacından asıb.

Rayonun Qoxmuq kənd sakini, 1941-ci il təvəllüdlü Rəhman Davud oğlu Rəsulov isə yaşadığı evin tavanından özünü asıb. 79 yaşlı Minayə Mahmudova və 74 yaşlı Rəhman Rəsulovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Hər iki faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Mediainfo.az