Bakıda avtobusda yanğın olub

Bakıda avtobusda yanğın olub

7 Aprel 2011 16:32
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Binəqədi rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb. "İveco" markalı sərnişin avtobusunun mühərrik hissəsində qəfildən yanğın baş verib.
Yanğın zamanı mühərrikin hissələri yanıb. Yanğının qarşısını hadisə yerinə çağırılmış yanğınsöndürənlər alıb.
Yanğına səbəb mühərrik hissədə yaranmış qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.

O.M.