Kafedə qan düşdü

Kafedə qan düşdü

21 İyun 2011 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nəsimi rayonunda hərbçi ağır cinayət törədib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Müdafiə Nazirliyində sürücü işləyən Teyyub Təyyar oğlu Cəfərov kafedə qan töküb. O, tanışı Anar Qaraxan oğlu Qaraxanova 10 bıçaq zərbəsi vurub. Qanlı hadisə rayon ərazisində yerləşən kafelərdən birində baş verib. Yeyib-içən tanışların mübahisəsi yaranıb. Teyyub Cəfərov sonda bıçağa əl atıb. Faktla bağlı cinayət işi başlanıb.

İçkili başda ağıl olmaz deyiblər.

Tofiq Əliyev

O.M.