Şadlıq sarayında qohum qohumu güllələdi

Şadlıq sarayında qohum qohumu güllələdi

21 İyun 2011 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Balakən rayonunda toy mərasimində silahlı insident baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən Rayon Polis Şöbəsindən bildirilib. Hadisə iyunun 20-də, Katex kəndində yerləşən "Nihat" şadlıq sarayında qeydə alınıb. Şadlıq evində keçirilən toy mərasiminə qatılan qohumlar, 1972-ci il təvəllüdlü Çingiz Balayevlə 1990-cı il təvəllüdlü Sahib Surxayev arasında dava düşüb. Şəxsi münaqişə zəminində baş verən dava nəticəsində onlar bir-birlərinə xəsarət yetiriblər. Daha sonra Ç. Balayev evə gedərək qanunsuz əldə etdiyi 12 mm çaplı ov tüfəngi ilə S. Surxayevin evinə gəlib və ona atəş açıb. Nəticədə S. Surxayev sağ ayağının bud nahiyəsindən güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Ç. Balayev isə polis tərəfindən saxlanılıb. Faktla bağlı Balakən Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Kişinin toyuna dava saldı.

Tofiq Əliyev

O.M.