Kafe direktoru müştərini güllələdi

Kafe direktoru müştərini güllələdi

20 İyun 2011 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın şimalında, Festivalnı küçəsində yerləşən müəssisələrdən birində silahlı insident baş verib. İnsident zamanı Moskvada yaşayan 44 yaşlı azərbaycanlı yaxın məsafədən 45 kalibirli "Makarıç" tipli travmatik tapança ilə müştərinin başına atəş açıb. Nəticədə 36 yaşlı zərərçəkən xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Kafenin işçi heyəti baş verən hadisədə müştərini günahlandırıblar və bildiriblər ki, müəssisə direktoru sadəcə özünü müdafiə etməyə çalışıb. Lakin müəssisə rəhbərində heç bir zədə aşkar olunmayıb. Hazırda hüquq-mühafizə orqanları baş verən insidentlə bağlı araşdırma aparır. Cinayət işinin qaldırılması barədə məsələyə baxılır.

Müştəri həmişə haqlıdır, deyiblər. Bu dəfə isə hamı əks tərəfi haqlı bildi.

Tofiq Əliyev

O.M.