Bıçaqlanma hadisəsi baş verib

Bıçaqlanma hadisəsi baş verib

18 İyun 2011 17:47
817
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 17-də axşam saatlarında Salyan rayonu 20 yanvar küçəsində yaşayan 1975-ci il təvəllüdlü Miryəhya Mirnadir oğlu Sadıqov, həmin küçədə yaşayan qonşuları Rafiq və Natiq Yəhyayev qardaşlarını bıçaqla vurub. Ürəyindən bıçaq yarası alan 1973-cü il təvəllüdlü Rafiq Nadir oğlu Yəhyayev hadisə yerində dünyasını dəyişib, döş qəfəsindən 4 bıçaq yarası almış digər qardaş, 1967-ci il təvəllüdlü Natiq Yəhyayev isə ağır vəziyyətdə Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Miryəhya Mirnadir oğlu Sadıqov könüllü olaraq özünü polisə təslim edib.
Faktla bağlı Salyan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Könül Aypara