Cəlilabadda qısqanclıq zəminində dəhşətli qətl

Cəlilabadda qısqanclıq zəminində dəhşətli qətl

16 İyun 2011 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Cəlilabad rayonunun Xəlilli kənd sakini, 1982-ci il təvəllüdlü Şükürov Şənlik Kamal oğlu yaşadığı evin həyətində qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi və qohumu Şükürov İxtiyar Müzəffər oğlunu bədəninin müxtəlif nahiyələrinə bıçaqla, həmçinin mişar daşı ilə isə başına çoxsaylı zərbələr vuraraq öldürüb və Cəlilabad rayon Polis Şöbəsinə gələrək törətdiyi cinayət hadisəsi barədə məlumat verib, eyni zamanda cinayətin aləti olan bıçağı təqdim edib.

Daxil olan məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Şənlik Şükürov adına layiq olmayan iş tutdu.

Tofiq Əliyev

O.M.