Bakıda erməni olduğu ehtimal edilən kişi meyiti tapılıb

Bakıda erməni olduğu ehtimal edilən kişi meyiti tapılıb

14 İyun 2011 21:41
Bəyəndim (0) Bəyənmədim (0)
Ölümün səbəbləri məlum deyil

Bu gün günorta saatlarında Bakının Yasamal rayonu Mətbuat prospekti ərazisində naməlum kişi meyiti tapılıb. Meyitin üzərində çoxsaylı tatuaj yazıları və şəkilləri aşkar edilib. Yazıların bir qisminin erməni əlifbası ilə yazılması və sayının çox olması meyitin erməni millətinə aid olduğu və kriminal aləmə yaxınlığı ehtimalını artırır. Yasamal rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitin xarici müayinəsi aparılıb, ölümün səbəblərini müəyyən etmək məqsədilə meyit daxili müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.

Şahidlərin dediyinə görə, ehtimal olunur ki, ölən əvvəllər Bakı sakini olmuş, həmin ərazidə yaşamış milliyyətcə erməni Artur Voskanoviç Avanyan ola bilər. O, məlum hadisələrdən əvvəl Bakıda Suvenir fabrikində sex ustası vəzifəsində çalışıb və Rusiyanın Pyatiqorsk şəhərinə köçərkən əmlakının böyük bir hissəsini tanışlarından birinin yanında qoymalı olub. Aradan xeyli müddət keçdikdən sonra Avanyan Rusiya vətəndaşlığını alıb və familiyasını dəyişdirərək Avanov eləyib. Yalnız bundan sonra Bakıya gəlmək imkanı əldə edib. Sonuncu belə gəlişlərin birində Avanov naməlum şəkildə vəfat edib. Hələlik bu, təsdiqini və inkarını tapmamış ehtimallardan biridir.

Bizdə belə biz məsəl var: "pul əl çirkidir". Pula görə çirkaba ancaq erməni bata bilər, özü də həmişəlik...

İnarə Rafiqqızı

O.M.