Manyak tüpürcəklə ehtirasını öldürürmüş

Manyak tüpürcəklə ehtirasını öldürürmüş

14 İyun 2011 21:22
Bəyəndim (0) Bəyənmədim (0)
17 ildir tüpürcək yığırmış

Yaponiyada 17 ildir elm adamı obrazına girən və gənc qızlardan tüpürcək nümunəsi götürən adam nəzarət altına alındı. Polis Tokioda nəzarətə alınan 55 yaşındakı Toşihiko Mizuno adındakı işsiz adamın ''pis davranışda olduğu'' səbəbi ilə 1 il həbs və ya 9 min avro pul cəzasına məhkum ediləcəyini ifadə etdi. İstintaqı aparan səlahiyyətlilər ''cinsi meyllərini təmin etmək məqsədi ilə'' tüpürcək toplayan adamın son qurbanlarının 9 və 10 yaşlarındakı üç qız uşağı olduğunu, uşaqlara keçən il oktyabr və dekabr aylarında yaxınlaşdığını qeyd etdi. Polisə görə, Mizuno küçədə gözünün tutduğu qızlara özünü elm adamı olaraq tanıdaraq, elmi araşdırmaları üçün tüpürcək nümunəsi vermələrini istəyir və qızlar tüpürcək verərkən onları lentə alır. Mizuno həmçinin qızların dil və ağızlarının içini də videonun yaddaşına köçürməyi bacarıb.

Media orqanlarının polisə istinadən verdiyi xəbərlərdə caninin Tokio və ətrafında 17 ildə təxminən 500 qızdan tüpürcək nümunəsi aldığı bildirilib. Polis Mizunonun evində axtarış zamanı 200-dən çox qızın video lentini ələ keçirib.

Tüpürəsən beləsinin üzünə! Özü də bəlğəmlə!

Günel Həbib

O.M.